Xalqın Şeir Söyləvi
Uşaqlıq özünə buraxılsa böyük olmayacaq! Ana arabulucu olur və xalq doğulur Xalq yoldur Qapı bağlı! çuxurda sürmək olmaz Bu limanda dölüt yalnızdır Və əgər doqquzuncu ay başa çatsa Arxasında çıxan qapıdan qaranlıqda çıxar Yaxşı pis etiketler ona yaraşmır Çünkü hər ikisidir və heç biri
Yaxşıyam! necə?! pisəm?! Hər ikisiyəm! və hər ikisi demək ki biri! Heç biri… olduğu biri?! Öz bilgimdə böyümüşəm Ətrafımdaki bütün düşüncələrin körpüsüyəm Və təsdiq etmək üçün şahid gəlmişəm…
Anam bir yola Atam ayrısına Və hər hansı sevimlim gələn dedi bu yola! Hələ də eyni keçiddəyəm tərəfsizəm! Bacarıram hər nəyə qulaq verəm və eşitməyəm Ətrafıma baxmaqdayam və görmürəm Relslərdə trən deyiləm ki dayanmadan gedə geri dönə Çayam! öz uşaqlığ dolumda gəzirəm xalq ordadır!
Yaxşı işlərimə belə nifrət edirəm sanki başqaları… Qaranlıqda axtardığım sadə qapıya Ki qaranlıqda məni axtardı haçana qədər… çatmışam Və yaşamaqı yalnız mənə geyindirilmiş tərtibli paltarda düzürəm Bu yolun başdan başasında özümə çatdığım uzunluğu otuz il idi Yol mən idim getməməli! Və ölməli bu inanmamalı! Ki yerin hər harasında gizlənmiş Gizlənməmiş olsa harası yüksəkdir? Qapı kimi açılıb qazıyırdılar qəbirin qapısın qorxaqlar! Usanmışam öylə ki şarlatanlar Küləyi ələ salıblar ki açığı yayımlanmaqda!
Keşke ona deməmişdim! Bunu biri öləndə deyirlər Evdə yabancı yabanda günahsızdılar İranlıdılar mən kimi! Və yaşamaqı yalnız geyinmiş paltarlarında tərtibli! mən kimi! Düşmüşük və lap indi eyni yuxarıdayıq Çalışmağımız amaçsızdır yuxu görürük Biz hamını bir birimiz ilə tanıyırıq bilmirik kimik kim?!
Xalq çalışır ancaq olmur YOX deyəndə! Bəli üçündə azca yer saxlayır Bəli çox geniş paltar yoxa geyindirib Bəziləri dekorasiya oldu bəzisi lap heç nəyin yelkəni! Ürəkdə bəzi şeydən çəkinəndə Düşüncə deyir qəbul et! Çoxları dünyaya dedilər yox! tanrıya ancaq… İkini parçalayırlar və bilmirlər hər ikisi yani birisi! Biri ki heç… birisi deyil!? Geri qayıtmağa sahilə baş çəkirlər dalğa kimi Böyük Mecnun'dur bu dəniz Çəkilib axanda Dölüt dölündə doqquz ay üzür Ay insan deyil dəli edib dənizi Hamilə analar hər gecə duz arzulayırlar Ay niyə gözəldir? heç kəs soruşmur Təyyarəyə minəndə Kiçik teknelere fikirləşirlər Fikirləri yoxdur nə etməlidirlər Necə davranırlər inildəyirlər
Yol əyri dönsə avtomobildə qışqırııııııııııııııııırq! Niyə soruşmuruq? Demək ki Hegel bəy'in qalxdırdığı duvar samandan idi? Biz yaşamırıq faciə ilə oynayırıq Pulumuz yoxdur! cürət! Taksıda kimsədən soruşanda şəhəriniz?! yoxumuzdur! Mükəmməl kəndə kahya seçmişik Neft? istədiyiniz qədər Adam? Kobud! bu yurd çox bilir bilmirsiniz? Peyğəmbərlər birdən birə qurtardılar adam yalnız Və yaşam bir hikayə ki Hər kəs onu istəmədiyi formada yazır Heç bir xəritə əldə deyil İnsanın adresi yoxdur Özünə yetişmir Tanrı tərəfinə gəlir Hamının bilgisi bilməməkdəndir İçimiz bir anlamsızın mühasirəsindədir Bir içsiz ki hər şeyin içidir
Bilənçi bir vedrədir ki bilmir zibil udubdur Küləkdir hamı qapıları üzlərinə bağlayıbdır
Öz qəbir qapısını açır bir əl ki Başqasının qapısında tutulsa Özünüzdə bu göy qaçmalıdır və görə! Get gəl ağır Avtomobillər öfkəli tüstüüüüüüü! Səsləyirlər Leyli!
Yer çirklidir Leyli çox! Sevgi onu uğraşdırır qarısı olur Başında düşüncəsi yox Sevgidə bəlkə eyni zibil kağızıdır ki Vedrəyə atıram! Biz öpüşmürük sadəcə dodaqları bir birlərinə çatdırırıq Bir birimizin qucaqına düşmürük Hamını qucaqda saxlamaq… Bu oyunu oynamaq yaşamı öldürdü!
Adamcığazı çox riyakar gördüm evimə gəldiyi bir gecə! Bir söz deyib başqasına iş çalışırdı! Elə gizlicə özünə yetişirdi ki özünnəndə gizli…
Qızımı tanıdıram... Oğlum! Xanım mənim qarımdı Bu! Mənimdir o!…
Heç kəs bizimki deyil onlar özləridirlər Bəzən Xristian bəzən Yəhudi Hindu və Budism dirlər Çünkü onların heç biri deyildilər Dünyadan qaçan mənçillikdir Məbədlərdə çömbəlmiş qorxu ilə güləşən
Qorxu yəni qarışıqlıqda yenidən qarışmaq Qarışmışam!Yazılarımın sorumlusu deyiləm Sizsiniz suçlunu oxumaqa seçən Sizə qulaq asıram özümdə gizlicə qulaq asaraq Özündə gəzən kişiyə niyə pis deyirsiz!? Dünya onu salamlamışdır Siz kimsiz ki deyirsiz …? Kimsə evinizə gələndə Ev deyir buyur! Niyə siz…?!
Dalğaların hamısın dənizdən süzmüşük savaşımız var kim ilə? Döyüşün arxasından gedirik Və əgər savaş qurtarsa yenidən onu yaratırız nədən? Daim müdafiə üçün hazır hücuma hələdə fikirləşirik Biz hər an… haçanacək?!
Hər kəs özündə gəzir Addım yoxdur yol mövhumdur Sizdən istəyirlər onları izləyəsiz Demirlər hara Çoxları irəli addımlayır İrəlidə deyildirlər itiblər
Cənnətin qapısında dayanan kişiyə Dedilər: Buyurun! Dedi: Yox! uşaqlar gəlirlər
Gəlmirlər deyirlər hara? Burada şərabı yasaq edirsiz Söz verirsiz ki haradasa Bir pəri şərab dolandırır harada? Qapını açmırsınız Pərini o dünyaya atır…
Körpə ləyənə düşdüyü an ağladı səsini yüksəltdi yüksəkləşdi Yeniyetməliyə çatdı və ağlamaq onu böyükə ən böyükəcən davam etdirdi
Qocalaşırsınız ama buraxan deyilsınız Küçədən keçən hər çığırtıya tullanırsınız hara? O da özündə əyləşib fikirləşir əskiksiniz!? Keçidləri dayandırın! "Yox" insanları böyüdürür
Seçim olmadan yenidən doğulsam ağlayaram mamaçanın əli dalıma dəyməkdən öncə Və sevdiyimi sizə deməyin yerinə nöqtada qoymayacağam qoyalar!
Mənim iki sözüm var sizin üç söz niyə demiyək? Əli, Əli'nin qarşıtı deyil Haqq ki deməz haqq mənəm! Dilin ağızda sakin yeri var Uzadibsa əlin Yenidən deyirəm parçalanmışımız çoxdur tikinti az! Düşmən!? yaradılışımız çoxdur dost az! Bu günümüzü satmışıq sabah cənabları gəlib çatacaq diyə Nə üçün? kimi axtarmaqda? Həmişə sonradan çox sonarada çox sonra idi pis idi! Düşmənlər təhtəlşüurunda uzanmışik Oğrular gəlib çatır nə edirlər burada? Elə bil ki neçə yüz ildır yalnızlıkdan çıxdığımız Bu yaşama bu küçə bu çardaqa Gəlmək və ya getəyimizi bilmirik
Hələ meydana gəlməmişik Meydan evimizə gəldi Göz çıxartdı baş kəsdi sonar qarın cırdı Su başından başımız çıxmasın diyə
Şişmişəm! Sözlərim hər dilin ucluğundadır Dilimə gəldikcə dil çıxartdılar və qadınım oldular Sözlərimi fellər yoldan çıxardıblar bilmirlər Yazı qorxudur Bilmirəmin nə edimin qorxusu Nə edirəm? Özümdən dalı qalmışam bəlkə İstəyirəm heç nəyə heç kimə fikirləşəm Mən böyük ziddiyyətlərinin şairiyəm Xalqa müvafiq ya müxalif deyiləm xalqdan başqayam Bir şeirin qızlıqın yönəldirəm ki Bir evdən o biri evə köçür bir gün Mən qırmızı yanaqların… şillələnmiş aşıqıyəm! Gözəl kimi biri gəlmir Əlimi tuta özünə götürə? Çoxlarının tanrısı qədər torpaqında göyü var yoxumdur! Və xanımın mənası bunu qaldırmaq ola bilər! Cənablar! heç kim üçün kimsəyə əlim qalxmadı Sualların fərqlərinin ətrafında veyllənən O nadir dəyişkən tiplərdən biriyəm Mən dünyanın bütün fərqlərinin arasında fərqəm Ətrafımdaki bütün fikirlərin körpüsüyəm Və bəzən fikirləşirəm ki fikir uzaqdan başıma atılan daşdır Evsiz fikirlərin ev yiyəsi olmuşam müdirsiz Müdir yəni bir kişi ki yadda saxlayır varımdır! Ölmək istəsəm yalnız gərək diri qalam bilirəm ancaq Ölürəmsə kim bu çox yalnızlığı çəkə bilər kimsələr? Bu axşam yataq odamın ışığı yanmır heç kəsdə bilmir niyə Asqırmaq istəyən rəsimə baxıram qoymurlar kimlər? Əksinə məndən bu rəsim ev yiyəsini axtarırdı deyildim! İstəmirdim sahib olam İstəyirdim onu tutam HaP! HaP!CheW!
O gecə təpiklənmiş havası variydi Mən onu çağırmışdım Yelin suçu səsimi iki üç metr o taydaki qızın qulağına atdı Və onun yerinə qayıtdı ki: Ha! Çox dəyişilmişəm yox!
Kötü olmuşdu Yalnız idi öylə yalnız ki hətta bir avara da onunla getməzdi Getdim! O bir qoruma idi Mən boşluğa söykənmişdim Biz bir birimizə aşıq iki heç idik öyləcə Nə bilirdik sevgi yəni sərt… və kəsik kəsik olmaq Nə bilirdim mən sənlə idim sən yox idin! Sadəcə iki qarışdırılmış göz sənin rəsmini çətinlik çəkdi Gecələrin sadəcə iki əli göyə uzanmışdır Bəli payımı sonu yaxşılıq verdi yox!
Qocaldun oğlan! Hani tüklerin?
Unutmuşdum bazardan alam Tehrana bənzər adamlar çaşmışilar Bezməkdən bezdirici olmuş şənbə günündə Xəyalımda bir gecə səni burada gördüyüm günə getdim Qayıdanda gözələ bənzər deyildin Və sənin isti qucaqunda tutulmuş əllərimi unutmuşdum götürəm O birində ki yandırıcı şilləni qulağıma qoymuşdu qaçdım Və gözəl kimi gəlib çatan qız ilə görüşdüm birdən
Yeni Leylam Zəli kimi sağ qolumda Kartıma yazıldı Və verdiyi imtahanların birbəbirin uduzdu! Evdən dışarı döngələrdə əli yox idi sarmaşıqdan başqa Küçə başına yaxınlaşmazdı Mən və küçə evlərinə gedərdik İşıqlı bir pəncərə o yuxarıda yüksəkdə düşmüşdü O gecə sabah güney batıda öskürürdü gəlmirdi Və hücum... bir parça hücum etdilər qızıldərilər Qarım bağlandı Ürəyimdə duş tutdu yuundu getdi! Belimə yaman düyünlənmiş bir cüt əlini Unudub götürə getdi! Artıq evə dönmədi Gərçi ev çox ora getdi gəldi gəlmədi!
Günəş orada səmaya qalxmışdı Salı stolda idi AIDS pəncərə arxasından evlərini silkələyirdi! Hər yerdən tozsoranın səsi gəlirdi Sonra anası evimizi sildi
Yarpaqlar yuxarıda titrəyirdilər Və köklər dərində sürünürdülər Freudı soxmağa soxurdular Analar sevişmirdilər bol bol tüpürcəklər Nəsildən nəsilə uşaqları qusmuşdılar Ki dam günəşi güdən qalsın İki rükət utancdan nə bilim sonra Atanı evdən atmışdı ki Çörəkçi isti gün doğa
Pəncərədən qəflətən bitməyən bir əl gəldi Ziyafət xananı gəzib Gəlib yataq odama Belimə dolaşıb Buraxanda deyil
Anlamsızca özüm ilə vuruşuram adam olmağa? Zordur? Olmayacağam Hər yerdə tək başıma dayanmışam Atam qocalıb anam… Cənab! siz evimizi görmədiniz?
Baxmalıyam ki unutmayam qulaq asam bu meydana, çizgili körpü və balıq satanlar ki gəncliyi Tehrana satdı, Taksiya salam deməliyəm ki Anam Atamı itirməsin! Çarık ilə evə qayıdan bu adamlara və mənə öylə əyri baxırlar ki gərək… nəya bənzəmişəm? Evimdə, özümdə! Turistlər sürüsü addımlayırdılar, Yasaqdan keçməliyəm! Daldaki bazara baş çəkəm, balığın qiymətin yenidən soruşam Qiymətdən qiymət biləm!
Elə bil ki həmişə kimi hamı kimi olmalıyam yorulmuşam həmişəki hamıdam kimi! Yenə məcburam "ayrılarından ayrı yasaq" tablosu olan şəhərdə, yanlış yapam Ağa Seyit Huseynə gərək addım atam!
Əssəlamo əla əhle la elahə elləllahe men ahle la elahə elləllahe ya ahle la elahə elləllahe MƏN la elahə elləllah La…..LaLə!
Səsim sənin qulağına istidir! Məni unudan kimsə səni aradan aparacaq! Mən bunun və onun adında! Mən deyiləm! Dünyanı aldatmışam. Bu fikirlər qonaqdılar hamısı öncəki məndə və sonraki şeirdə yaşayirlar! Getməlidirlər ki özümə çata biləm istəsən sənlə işim olmayacaq yoxsa səni izləyəcəyəm, atamın Ləngəruduna lövbər salmışam ki gərəksizi qurtarmış olam?
Çatanda anama dedim dünən gecə yuxu görmüşəm mənə çayı gətirdi həyata keçirildi! Qaranlıqda axtardığım sadə qapıya çatmışdı ki Qaranlıqda məni izlədi haçanacən… qayıtdım!
Xiyavanda çığırtı dayanmaz idi Sağ qulağımda dinləmək kar! Birdən tormozun zingiltisi qaçanı xiyavannan aldı! Şalvar cibinə soxdu və kefli sərxoş düşmüşəm dəzgaha Eyni puldan alınıma yamaq yapışdır! qan dayanmayacaq! Damcı damcı varımdır məndən düşür və yoxumdur Sabahım həftədə itib Cuma darıxıb bazar ertəsi yorulub çərşənbə gününü çərşənbə axşamı döyür Və beşinci gün ki ilbiz kimi heç nədə yürüş edir!
Heçin anlamı hər nədir Sözlükləri yenidən yazın!
|
![]() |